Gundelik.az Dünya Tramp: Çin İrana silah verərsə, ABŞ çox məyus olar
Dünya Siyasət Xəbərlər

Tramp: Çin İrana silah verərsə, ABŞ çox məyus olar

Əgər Çin həqiqətən də Qərb mediasının iddia etdiyi kimi İrana portativ zenit-raket sistemləri verərsə, ABŞ çox məyus olar.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Bu, təəccüblü olardı. Yəni, belə şeylər baş verir. Çin prezidenti Si Cinpin mənə çox qətiyyətlə dedi ki, onlar İrana hərbi yardım göstərməyəcəklər. O bilir ki, mən tamamilə məyus olacağam”, – deyə Tramp Qərb mediasının xəbərlərini şərh edərkən bildirib.

Exit mobile version