Bakının Mərdəkan qəsəbəsində, Xəzər dənizi sahilində yerləşən “MƏRDİ-MƏKAN” yaşayış kompleksinin girişində fəaliyyət göstərən “TOP QAPI” ailəvi restoranı satışa çıxarılıb.
Gundelik.az Valyuta.az xəbər verir ki, restoran 1 milyon 800 min manata satışa təklif olunur.
Obyekt Xəzər dənizinə panoramik mənzərəyə malikdir. Restoran 27 sot torpaq sahəsində yerləşir və ərazinin əlavə olaraq genişləndirilməsi imkanının olduğu qeyd edilir.
Restoranın ümumi tikili sahəsi 1 000 kvadratmetr təşkil edir. Obyektdə 11 VIP kabinet, 8 açıq kabinet, 3 banket zalı və dəniz mənzərəli terraslar mövcuddur.
Məlumata görə, restoran illər ərzində formalaşmış daimi müştəri bazasına malikdir. Həmçinin obyektin uzunmüddətli və sabit icarə gəliri olduğu bildirilir.
