Sentyabr 18, 2026
Baku
Dünya Xəbərlər

Tikintidə ağlasığmaz üsul! İşçiləri kəndirlə daşıdılar

Misirdə çəkildiyi bildirilən görüntülərdə tikintidə çalışan işçilərin yük qaldırmaq üçün istifadə olunan kəndir sistemi ilə binanın yuxarı mərtəbələrinə çıxarıldığı görülüb.

Gündəlik.az xəbər verir ki, kadrlarda yüksək mərtəbəli binanın fasadında çalışan şəxslərin təhlükəsizlik üçün nəzərdə tutulmuş uyğun avadanlıq əvəzinə kəndir vasitəsilə daşındığı görünür. Bildirilir ki, həmin sistem əsasən tikinti materiallarının qaldırılması üçün istifadə olunur.

İşçilərin bu üsulla binanın kənarı boyunca yuxarı qaldırılması ciddi təhlükəsizlik riskləri ilə bağlı müzakirələrə səbəb olub.

Görüntülər yüksəklikdə çalışan işçilərin müvafiq qoruyucu vasitələrdən və təhlükəsizlik avadanlıqlarından istifadəsinin vacibliyini bir daha gündəmə gətirib. Mütəxəssislər tikinti sahələrində işçilərin təhlükəsizlik qaydalarına uyğun və standartlara cavab verən avadanlıqlarla çalışmasının vacibliyini vurğulayırlar.

Nurəddin Abdullayev
Gündəlik.az