Gundelik.az Dünya Tehranda su böhranı dərinləşir, evakuasiya ssenarisi masada
Dünya Xəbərlər

Tehranda su böhranı dərinləşir, evakuasiya ssenarisi masada

Tehranda su böhranı getdikcə dərinləşir.

Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, İran prezidenti Məsud Pezeşkian bildirib ki, yaxın günlərdə yağış yağmasa, gələn aydan paytaxtda su məhdudiyyətləri tətbiq olunacaq.

Onun sözlərinə görə, vəziyyət düzəlməsə, Tehranı boşaltmaq məcburiyyətində qalacaqlar. Prezident qeyd edib ki, ölkə ciddi quraqlıq və su ehtiyatlarının çatışmazlığı ilə üzləşib.

Tehranı su ilə təmin edən beş bənddə — Əmir Kəbir, Lar, Mamlu, Talikan və Latyan bəndlərində su səviyyəsi son yüz ilin ən aşağı göstəricisinə düşüb. Bu il şəhərdə yağıntılar mövsümi normadan 40 faiz az olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəndlərin ehtiyatı paytaxtı ən çox iki həftə su ilə təmin edə bilər. Yayda artıq bir neçə dəfə su fasilələri yaşanıb və vəziyyətin daha da pisləşməsi gözlənilir.

Gundelik.az

Exit mobile version