Gundelik.az Dünya TASS: “Krokus” terror aktını törədənlərin ağlı başında olub
Dünya Xəbərlər

TASS: “Krokus” terror aktını törədənlərin ağlı başında olub

Rusiyada “Crocus City Hall”da terror aktını törədən dörd nəfərin hamısı məhkəmə-psixiatrik ekspertizasının nəticələrinə görə ağlı başında olub.

Gundelik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Şəmsiddin Fəriduni, Dalerchon Mirzoyev, Muhammadsobir Faizov və Saidokram Rachabalizoda cinayət törətdiyi vaxt psixi pozğunluqlardan əziyyət çəkməyiblər və öz əməllərinin ictimai təhlükəliliyini tam dərk ediblər”, – ekspertlərin rəyində deyilir.

Müttəhimlər terrorçuluq cinayətləri törətməyə meyilli şəxslər olduqları üçün gücləndirilmiş nəzarət altında istintaq təcridxanasında saxlanılır.

Avqustun 4-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Krokus”da terror aktı ilə bağlı cinayət işinə mahiyyəti üzrə baxmağa başlayaca.

Moskvada “Crocus City Hall” konsert zalına hücum  ötən il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra “Crocus”da partlayışlar və yanğın baş verib Hücum nəticəsində 149 nəfər həyatını itirib, 609 nəfər yaralanıb.

Hadisəni törədən şəxslər terror aktından bir gün sonra Bryansk vilayətində saxlanılıb. Onlar Rusiya-Ukrayna sərhədini keçməyə çalışırdılar.

Gundelik.az 

Exit mobile version