Ermənistan üzərində tarixi qələbəmizin şanlı səhifəsi- Zəfər paradı
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və mülki ərazilərə qarşı iri miqyaslı hərbi əməliyyatlara başlamasına cavab olaraq Azərbaycan “Dəmir Yumruq” adlanan, Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatına başladı. Həmin gün Prezidentin xalqa ilk müraciətində Azərbaycan cəmiyyətini qəti qələbə hədəfi ətrafında birləşdirərək: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ
