Milli Qəhrəman Zakir Yusifovun 70 illiyidir
Azərbaycanın Milli Qəhrəmanı, şəhid pilot Zakir Tofiq oğlu Yusifovun doğum günündən 70 il ötür. Gündelik.az xəbər verir ki, Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə 194 saylı məktəbi bitirib və Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurduqdan sonra Yevlaxda əmək fəaliyyətinə başlayıb və AN-2 təyyarəsinin komandiri təyin
