Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 8%-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə 35,375 milyard dollarlıq ticarət əməliyyatları həyata keçirib. Gundelik.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 59 289 nəfər təşkil edib (illik müqayisədə 7,6% çox). Onlardan 48 868 nəfəri fiziki (illik müqayisədə 8,8% artıb), 10 421 nəfəri isə hüquqi şəxslərdir (2,1% artıb).
