Azərbaycanda kirayə mənzil fonduna daha 256 mənzil əlavə olundu
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 256 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Gundelik.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır. Yeni mənzillər seçim üçün avqustun 27-si saat 15:00-dan açıq
