Sahibə Qafarova və BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş arasında telefon danışığı olub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının sədri Saqr QobaşAzərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Spikerlər İran İslam Respublikası tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, bu cür hərəkətləri qətiyyətlə pisləyiblər.
