Azad olunmuş ərazilərdə qara və əlvan metalların geoloji axtarışları aparılacaq
Azərbaycanın azad edilmiş ərazilərində qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi işləri üzrə buruq qazma və köməkçi işləri həyata keçiriləcək. Gundelik.az-ın məlumatına görə, sözügedən işlər Ağdam və Ağdərə rayonları ərazisində yerləşən Qalayçılar sahəsində, Xocavənd rayonunun Qızılqaya və Binə sahələrində, Laçın rayonunun Köhnəkənd sahəsində icra ediləcək. Belə ki, artıq bununla bağlı Geoloji Kəşfiyyat Agentliyi müvafiq
