Mübahisənin səsini susduran yox, anlaşmanın səsini oyadan yol – Mediasiya
“Mübahisənin səsi deyil, anlaşmanın sükutu” Müasir dünyanın sürətli ritmi insan münasibətlərində bəzən anlaşılmazlıqların, fikir ayrılıqlarının və mübahisələrin yaranmasına səbəb olur. Tarix boyu insanlar münaqişələri müxtəlif yollarla həll etməyə çalışsalar da, zaman keçdikcə cəmiyyət daha sivil və humanist üsullara üstünlük verməyə başlayıb. Bu üsullardan biri də mediasiyadır – dialoq və anlaşma üzərində qurulan bir sülh mexanizmi.
