Mətnləri podkastlara çevirmək mümkün olacaq
“Google Sənədlər” mətn redaktoru “Gemini AI” texnologiyasından istifadə edərək sənədlərin audio versiyalarını yaratmağı öyrənib. Bu barədə Gundelik.az “The Verge”yə istinadən xəbər verir. Məlumata görə, yeni funksiya istifadəçilərə mətnin oxutma parametrlərinə çıxış imkanı verir. Xüsusilə, istifadəçilər müxtəlif səslərdən birini seçə, həmçinin oxuma sürətini tənzimləyə bilərlər. “Google” bildirir ki, bu funksiya yalnız sənəd yaradıcısı üçün nəzərdə tutulmayıb.
