“Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzinin təqdimatı keçirilib
10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində, Gəncliyə Yardım Fondunun ofisində “Ağdam” Ədəbi İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “Ağdam” Ədəbi İctimai Birliyinin sədri Rəfail Tağızadə Birliyin fəaliyyəti, həyata keçirdiyi təşəbbüslər və milli-mənəvi dəyərlərin qorunması istiqamətində qarşıya qoyduğu vəzifələr barədə məlumat
