Azərbaycanda digər ölkələr üçün müxtəlif təyinatlı peyklər istehsal ediləcək
Azərbaycan “Azersky-2” layihəsi ilə özü peykləri istehsal edəcək. Gundelik.az-ın məlumatına görə, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, bunun üçün müvafiq şirkət təsis edilib: “Bunun məqsədi kosmik aparatların istehsalıdır.
