Özbəkistan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Gundelik.az-ın məlumatına görə, təbrikdə deyilir: “Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət
