Nigar Məmmədova: “Dini etiqad azadlığı və dünyəvi təhsil prinsipləri arasında süni şəkildə ziddiyyət yaratmaq yolverilməzdir”
Azərbaycanın təhsil siyasətində dünyəvilik, millilik və ümumbəşəri dəyərlərə hörmət əsas prinsiplərdir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Dövlət başçımız bu istiqamətdə təhsilin və vətənpərvərliyin rolunu xüsusi qeyd edərək cəmiyyətin zərərli ideoloji təsirlərdən qorunmasında bilikli, savadlı nəslin yetişdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Məhz bu baxımdan məktəblərdə vahid
