“Neft Daşları”nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlandı
“Neft Daşları” yatağından işlənilməsinə başlanılandan bu ilin noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib. Bu barədə Gundelik.az SOCAR-a istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr qaz hasil edilib. Qeyd edək ki, “Neft Daşları” – dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr
