Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə əlaqədar paylaşım edib (FOTO)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 28 May – Müstəqillik Günü ilə əlaqədar paylaşım edib. Gundelik.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”
