Azərbaycanda əsgər maaşı da bank kartı ilə veriləcək
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. Gundelik.az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunub ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir: “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi
