Şərqin poeziya günəşi – Əlişir Nəvai
Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, bir çox digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək öz müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai (1441-1501) belə sənətkarlardandır. Nəvai yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil,
