BƏƏ ABŞ-dən 1,32 milyard dollara hərbi helikopter və avadanlıq alacaq
Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 6 “CH-47F Chinook” hərbi-nəqliyyat helikopteri və müvafiq avadanlıqları 1,32 milyard dollara tədarük etməyə razılaşıb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, sövdələşməyə yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya sistemləri, raket xəbərdarlığı sistemləri, pulemyotlar, proqram təminatı və rabitə avadanlıqlarının tədarükü daxildir. Pentaqonun məlumatına görə, saziş BƏƏ-nin müdafiə qabiliyyətini gücləndirmək
