Xalq şairi Zəlimxan Yaqubu düşünərkən…
İlin ilk ayı, yanvar ayıdır. Bakıya ilk qar yağıb. Çovğunlu, şaxtalı bir gündür. Pəncərədən yerə enən qar dənələrinin rəqsi, küləyin vıyıltısı, yanvarın şaxtası, açar sözlər kimi səslənir. 76 il bundan əvvəl, 1950-ci ilin yanvar ayının 21-i Zəlimxan Yaqub dünyaya göz açıbdır. Şairin yazdığı kimi təbiətin çovğunlu, boranlı, şaxtalı bir günü idi. Şair özü bu təbiət
