Qırğızıstan prezidenti dənizə çıxışı olmayan İƏT ölkələr üçün limanlarda güzəştli rüsumların tətbiqini təklif edib
Qırğızıstan Prezidenti Sadır Japarov dənizə birbaşa çıxışı olmayan ölkələr üçün dəniz limanlarında preferensial rüsumların təyin olunmasını təklif edib. Gundelik.az xəbər verir ki, bunu Qırğızıstanlı dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə-görüşündə etdiyi çıxışda bildirib. “İƏT çərçivəsində dənizə çıxışı olmayan ölkələr üçün liman infrastrukturuna çıxışda güzəştli şəraitin yaradılmasını məqsədəuyğun hesab edirik. Xüsusilə, dəniz limanlarında yüklərin qəbulu,
