Azərbaycanda qızıl və gümüş istehsalı KƏSKİN ARTDI
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2 113 kiloqram qızıl istehsal edilib. Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 637 kiloqram və ya 43,1% artıb. Ötən ilin ilk səkkiz ayında Azərbaycanda 1 476 kiloqram qızıl istehsal olunmuşdu. Cari ilin sentyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 114,5 kiloqram olub.
