Böyük iqtisadiyyat özünü sorğulayan filosoflar yetişdirir, kiçik iqtisadiyyat onu sorğulamayan din xadimləri – Aqşin Yenisey
Hər şey kimi həyat da forma və məzmundan ibarətdir. Həyatın məzmununu dərk etmək ölüm qorxusunu yox edir, eyni zamanda xoşbəxtlik duyğusunun saxtalığını üzə çıxarır. Xoşbəxtlik həyatı forma olaraq yaşayanın gözləntisidir. Çoxluq həyatın formalarına can atır. İstehsal mühiti həyatı formalarla zənginləşdirir və yaratdığı formaları xoşbəxtlik vasitəsi olaraq mənalandırır. Buna kapitalizm deyilir. Kapitalizm məzmunun formadan geri qaldığı və get-gedə
