Filippinli jurnalist terrorçuluğun maliyyələşdirilməsində təqsirli bilinib
Filippinli bir qadın jurnalist terrorçuluğun maliyyələşdirilməsində təqsirli bilinərək azı 12 il həbs cəzasına məhkum edilib. Mətbuat azadlığı müdafiəçiləri bu qərarı “ədalətin təhqiri” adlandırıblar. 26 yaşlı Frenchie Mae Cumpio 2020-ci ilin fevralında hərbçilər gecə yarısı onun kirayə qaldığı evə reyd keçirəndən sonra həbs olunub. İddialara görə, onun yatağında əl qumbarası, odlu silah və kommunist bayrağı tapılıb.
