Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələnin – “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb. Komitə sədri, əvvəlcə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb.
