QANLI YANVARIN QƏMLİ MİSRALARI
Xalqımızın həyatına 1990-cı illər çox qara günlərlə daxil oldu. Bu illər həm də sınaq illəri kimi yadda qaldı. Bu ilin əvvəlindən, yanvarın 19-dan başlayaraq xalqımız çox ağır günlərlə, dəhşət dolu hadisələrlə üz- üzə qalmalı oldu. 1988-ci ildən başlayaraq dədə-baba torpaqlarımıza göz dikən, süfrəmizin artıqları ilə ocağımızın ayağında böyüyən ermənilər mənfur xislətlərini bir daha büruzə verdilər.
