Nağdsız ödənişlərdə artım: BKM əməliyyatlarında sıçrayış oldu
Bu ilin sentyabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 71 milyon ədəd həcmdə 3,4 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 14,8 milyon ədəd və ya 26,3%, məbləğ baxımından isə 766 milyon manat və
