Yeni araşdırma: Beyin üçün ən zərərli qidalar açıqlandı
Virciniya Texnologiya Universitetinin (Virginia Tech) alimləri beyin sağlamlığına ən çox mənfi təsir göstərən qidaların siyahısını müəyyən ediblər. Gundelik.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, ultra emal olunmuş ətlər və şəkərli içkilər beyin üçün ən zərərli məhsullar sırasındadır. 2014–2020-ci illəri əhatə edən tədqiqatda ABŞ-də 55 yaş və yuxarı olan 4 750 nəfər iştirak edib.
