7 Noyabr – Xalq artisti Baba Mahmudoğlunun 85 illiyi, (1940 – 2006)
Baba Mahmudoğlu 1940-cı ildə Qazaxda doğulub. 1956-cı ildə orta məktəbi qızıl medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib.
