Azərbaycan və Macarıstan arasında qeyri-neft sektoru üzrə əməkdaşlığın inkişaf potensialı kifayət qədər böyükdür – RƏY
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir. İki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov fikirlərini bölüşüb. O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanılıb:
