14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992)
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib.
