“Tesla” avtomobillərindən raket atışlarında istifadə ediləcək
ABŞ ordusu “Tesla”nın elektrikli pikapı olan “Cybertruck”ları gözlənilməz məqsədlə istifadə etməyə hazırlaşır. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ordunun bu maşınları hərbi donanmasına daxil etməsi yox, sınaq atışları zamanı hədəf kimi istifadə etməsi planlaşdırılır. Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin Test Mərkəzi (AFTC) Nyu-Meksikodakı “White Sands” raket poliqonunda dəqiq idarə olunan silahların sınağı üçün
