Trampın yıxılması, saxta video və 10 mümkün şərik — yeni Epstein sənədlərindən əsas məqamlar
ABŞ Ədliyyə Nazirliyi çərşənbə axşamı Jeffrey Epsteinlə bağlı sənədlərin ən son və indiyədək ən böyük hissəsini yayımlayıb. 11 mindən çox sənəddən ibarət bu paket cümə günündən başlayan məlumat axınının davamıdır. Bu açıqlamalar Ədliyyə Nazirliyini mərhum pedofil və maliyyəçi Jeffrey Epsteinlə bağlı bütün istintaq materiallarını ictimaiyyətə təqdim etməyə məcbur edən yeni qanunun müəyyən etdiyi son tarix
