ABŞ-li tədqiqatçılar öskürək, soyuqdəymə və qripin bütün növlərinə, həmçinin bakterial ağciyər infeksiyalarına qarşı qoruma təmin edəcək, hətta allergiya əlamətlərini yüngülləşdirə biləcək tək bir burun spreyi formasında peyvənd hazırlayıblar.
Araşdırma alimləri tərəfindən aparılıb. “Universal peyvənd” adlandırılan bu üsul heyvanlar üzərində sınaqdan keçirilib. Mütəxəssislər bildirirlər ki, insanlarda klinik sınaqlar hələ qarşıdadır. Bununla belə, tədqiqatın ilkin mərhələdə olmasına baxmayaraq, nəticələr “həyəcanverici” və “böyük irəliləyiş” kimi qiymətləndirilir.
200 illik peyvənd yanaşmasında yeni mərhələ
Mövcud peyvəndlər orqanizmin immun sistemini konkret bir infeksiyaya qarşı müdafiəyə hazırlayır. Lakin jurnalında dərc olunan yeni yanaşma immun sistemini müəyyən xəstəliyə qarşı öyrətmək əvəzinə, immun hüceyrələrinin bir-biri ilə əlaqə qurma mexanizmini təqlid edir.
Burun spreyi şəklində tətbiq olunan peyvənd ağciyərlərdə yerləşən “makrofaqlar” adlanan ağ qan hüceyrələrini daimi hazırlıq vəziyyətinə gətirir. Bunun sayəsində orqanizmə daxil olmağa çalışan istənilən virus və ya bakteriyaya qarşı hüceyrələr dərhal reaksiya verir. Heyvanlar üzərində aparılan sınaqlarda bu qoruyucu təsirin təxminən üç ay davam etdiyi müəyyən edilib.
Virusların orqanizmə yayılması min dəfəyədək azalır
Tədqiqatın müəlliflərindən biri, bildirib ki, bu hazırlıq vəziyyəti virusların ağciyərlərdən orqanizmə yayılmasını 100–1000 dəfə azaldır.
Onun sözlərinə görə, peyvənd təkcə qrip və COVID-19 viruslarına deyil, sınaqdan keçirilən bütün virus və bakteriyalara, eləcə də allergenlərə qarşı qoruyucu təsir göstərib.
Yeni üsul immun sisteminin fəaliyyətini elə istiqamətləndirir ki, allergik astmanı tətikləyən ev tozu gənələrinə qarşı yaranan həddindən artıq reaksiyanı da zəiflədir.
Tənəffüs yolu infeksiyalarına qarşı mübarizədə yeni dövr
Mütəxəssislərin fikrincə, bu araşdırma xüsusilə qış aylarında cəmiyyətə böyük yük yaradan tənəffüs yolu xəstəliklərinə qarşı mübarizədə strateji dönüş nöqtəsidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
