İyul 10, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Təbiətin bənövşəyi möcüzəsi qara mürvər haqqında bilinənlər

Gün ərzində fərqinə varmadan nəfəs aldığımız çirkli hava, siqaret tüstüsü və digər ətraf mühit amilləri zamanla tənəffüs yollarına mənfi təsir göstərir. Antioksidantlarla zəngin olan qara mürvər isə immun sistemini və ağciyər sağlamlığını dəstəkləyə bilən təbii qidalardan biri hesab olunur.

Hər gün aldığımız minlərlə nəfəs zamanı yalnız oksigen deyil, havadakı xırda hissəciklər də orqanizmə daxil olur. Bu hissəciklər zaman keçdikcə tənəffüs yollarında toplanaraq öskürək, nəfəsalma həssaslığı və yorğunluq kimi problemlərin yaranmasına səbəb olur. Orqanizm bu zərərli maddələri təmizləməyə çalışsa da, antioksidantlarla zəngin qidalar bu prosesə dəstək verir.

Qara mürvər ağciyərlərə necə təsir edir?

Qara mürvər tərkibindəki antosianinlər sayəsində güclü antioksidant mənbəyi hesab olunur. Meyvəyə tünd bənövşəyi rəng verən bu maddələr sərbəst radikallarla mübarizədə mühüm rol oynayır.

Hüceyrələrin qorunmasına kömək edir. Hava çirkliliyi və siqaret tüstüsü orqanizmdə oksidativ stress yaradır. Qara mürvərdəki antioksidantlar hüceyrələrin bu təsirlərə qarşı müdafiəsini dəstəkləyir.

Tənəffüs yollarının normal fəaliyyətini dəstəkləyir. Solunum yollarında toplanan hissəciklər selik ifrazını artırır. Qara mürvərin tərkibindəki təbii birləşmələrin immun sistemi və tənəffüs yollarının normal funksiyasını dəstəkləyə biləcəyi bildirilir.

İltihab əleyhinə təsir göstərir. Antioksidantlarla zəngin qidalar orqanizmin iltihabi proseslərlə mübarizəsinə dəstək verir və hava çirkliliyinin yaratdığı mənfi təsirlərin azalmasına kömək edir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qara mürvər ağciyərləri “təmizləyən” və ya xəstəlikləri müalicə edən vasitə deyil. O, yalnız sağlam qidalanmanın bir hissəsi kimi faydalıdır. Ağciyər sağlamlığını qorumaq üçün siqaretdən uzaq durmaq, təmiz havada olmaq, fiziki aktivliyi artırmaq və balanslı qidalanmaq əsas amillər hesab edilir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az