Azırbaycanın azad olunmuş Şuşa şəhərində hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılmaqdadır.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Şuşa şəhərinin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işləri həyata keçiriləcək.
Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.
Qurum görüləcək işlərin 17,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

