Gundelik.az Xəbərlər İqtisadiyyat Su elektrik stansiyalarında enerji istehsalının həcmi artıb
İqtisadiyyat Xəbərlər

Su elektrik stansiyalarında enerji istehsalının həcmi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda su elektrik stansiyalarında 2,1 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Gundelik.az barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 230,6 milyon kVt-saat və ya 12,5% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə ölkədə su elektrik stansiyalarında 1,8 milyard kVt-saat elektrik enerjisi istehsal edilmişdi.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.

Gundelik.az

Exit mobile version