İyul 8, 2026
Baku
Xəbərlər

Şoyqu Bağdadda: Moskva və İraq təhlükəsizlik əməkdaşlığını gücləndirir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu işgüzar səfərlə İraqa gedib. O, Bağdadda ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

Gundelik.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşlərdə əsas məqsəd Moskva ilə Bağdad arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsidir.

Danışıqlar zamanı həmçinin Rusiya-İraq ikitərəfli əməkdaşlığının mövcud istiqamətləri, eləcə də regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Səfər ərəfəsində “İnterfaks”a müsahibə verən Şoyqu İraqı Rusiyanın ərəb dünyasında və beynəlxalq arenada əsas tərəfdaşlarından biri kimi qiymətləndirib. O, İraqın Yaxın Şərqdə oynadığı tarixi rolun əhəmiyyətini xüsusi vurğulayıb.

Şoyqu həmçinin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində böyük potensialın mövcud olduğunu qeyd edib.

Gundelik.az