Gundelik.az Ölkə Sloveniyanın xarici işlər naziri Azərbaycana gələcək
Ölkə Siyasət Xəbərlər

Sloveniyanın xarici işlər naziri Azərbaycana gələcək

Sloveniyanın xarici işlər naziri Tanya Fajon aprelin 17-də Azərbaycana səfər edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Sloveniya Xəbər Agentliyi (STA) məlumat yayıb.

Bakıda keçiriləcək müzakirələrdə enerji sektorunda əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Nazirin regiona ilk səfəri isə aprelin 15-də Ermənistana olacaq.

Qeyd olunur ki, Fajon ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını axtarmaq üçün Ermənistanda yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Sloveniya xəbər agentliyi onu da xatırladır ki, nazirin səfəri Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətnini razılaşdırmasından sonraya təsadüf edir.  /unikal

Gundelik.az

Exit mobile version