UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Çexiyanın “Slaviya Praqa” klubunu 2:0 hesabı ilə məğlub edib.
Gundelik.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma təmsilçimizin turnir tarixində ilk qələbəsi ilə əlamətdar olub.
Görüşün ilk hissəsində komandalar fərqlənə bilməyib. Fasilədən sonra isə “Sabah” hücumlarını daha da artıraraq hesabı açmağa nail olub. Matçın 49-cu dəqiqəsində Kaheem Parris rəqib qapısına yol taparaq komandasını önə keçirib.
Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan “Slaviya Praqa” bir neçə təhlükəli vəziyyət yaratsa da, “Sabah”ın qapıçısı Stas Pokatilov inamlı oyunu ilə diqqət çəkib. Görüşün 88-ci dəqiqəsində isə Joy-Lance Mickels rəqib qapıçısının səhvindən yararlanaraq uzaq məsafədən fərqlənib və matçın yekun hesabını müəyyənləşdirib.
Beləliklə, “Sabah” 2:0 hesablı qələbə ilə Çempionlar Liqasının əsas mərhələsində ilk üç xalını qazanıb. Bu nəticə Azərbaycan futbolu və klubun avrokuboklardakı tarixində əlamətdar hadisə kimi yadda qalıb.
Ramal Bəhmənli
Gundelik.az
