İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Sabah maqnit qasırğası gözlənilir

Günəşdəki koronal dəliklərlə əlaqədar 23-24 iyul tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz teleqram kanalında məlumat yayıb.

“Sabah – çərşənbə günü ərzində nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür. Pik nöqtəsində isə birinci – minimalsəviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. İyulun 24-ü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, – məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.

Gundelik.a