Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Şərqdə qadın hərəkatının görkəmli xadimi-Şəfiqə Qaspiralı
⁠Ailə, qadın və uşaq Ədəbiyyat

Şərqdə qadın hərəkatının görkəmli xadimi-Şəfiqə Qaspiralı

Dünya müsəlman qadınları arasında ilk siyasi həyata atılan türk qadını.  Şəfiqə İsmayıl bəy qızı Qaspiralı Azərbaycanın və Türkiyənin ilk maarifpərvər qadınlarından biri (1886-1975)

Türk dünyasında özünəməxsus mövqeyi olan “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızıdır. Krımda mədəni bir mühitdə böyüyən, mükəmməl təhsil alan Şəfiqə xanım atasının qəzetinin nəşrində və yayılmasında yaxından köməkçi olub. O, dünya Müsəlman qadınları arasında ilk siyasi həyata atılan və bu yolda xalqına xidmət edən qadın olub. Şəfiqə xanım Nəsibbəy  Usubbəyovla ailə qurandandan sonra Gəncəyə dönüb. Əvvəl Gəncədə yaşasalar da, sonra Bakıya köçüblər. Azərbaycan Demolratik Cümhuriyyətinin  mədəni tədbirlərində iştirak edərək, milli qız gimnaziyasında dərs deyib. Bu maarifpərvər qadın xaqımızın tərəqqisi işində böyük xidmətlər göstərmiş,  xeyirxahlığı ilə ürəklərdə dərin iz qoymuşdur. İndi Türkiyədə onun yurdunda ürəyi Azərbaycanın eşqi ilə dolu şairə qızı Zöhrə Göygöl yaşayır.

Gundelik.az

Exit mobile version