Gundelik.az Hadisə Səfərbərlik Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirildi, saxlanılanlar var
Hadisə Xəbərlər

Səfərbərlik Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirildi, saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirilib.

Gundelik.az APA-ya istinadən xəbər verir ki, qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.

Bundan başqa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində də əməliyyatlar keçirilib, saxlanılanlar var.

Exit mobile version