Oktyabr 14, 2026
Baku
Dünya Xəbərlər

Rusya Ukraynanın ürəyindəki enerji infrastrukturunu vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyev ilə Kiyev və Xarkov vilayətlərində enerji və rabitə infrastrukturuna yönəlik intensiv zərbələr endirildiyini elan edib. Nazirliyin açıqlamasında Rusiya ordusunun gecə saatlarında qurudan buraxılan yüksək dəqiqlikli silahlar və uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya hücumlar həyata keçirdiyi bildirilərək, Ukrayna ordusu və hərbi sənaye obyektləri tərəfindən istifadə edilən enerji və rabitə infrastrukturunun hədəf alındığı qeyd olunub.
Açıqlamada Kiyevdə Rusiya ordusu haqqında kəşfiyyat məlumatları toplamaq məqsədilə internet məlumat trafikinin ötürüldüyü bildirilən “ATM Ukrsibbank” məlumat emalı mərkəzi ilə hərbi sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən Darnytsia (İES-4) və Kiyev (İES-5) istilik elektrik stansiyalarının vurulduğu diqqətə çatdırılıb.
Kiyev vilayətində isə hərbi logistika obyektlərinə elektrik verən Kiyev (İES-6) istilik elektrik stansiyası, Trypilya İstilik Elektrik Stansiyası və Kiyev elektrik yarımstansiyasının hədəf alındığı ifadə edilən açıqlamada, Xarkov və ətrafında da Xarkov (İES-5) və Zmiyiysk istilik elektrik stansiyalarının vurulduğu bildirilib.
Nazirliyin digər açıqlamasında dünən axşam yerli vaxtla saat 20:00-dan bu gün səhər 08:00-dək Moskva və ətrafı başda olmaqla müxtəlif regionlarda Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 902 PUA-nı məhv etdiyi barədə məlumat paylaşılıb.
Moskva Meriyası Başçısı Sergey Sobyanin gecə ərzində Moskva vilayətinə doğru 493 PUA-nın yönləndirildiyini belirterek: “PUA-ların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən Moskvanın uzaq məsafələrində zərərsizləşdirilib, 180 PUA isə paytaxta yaxınlaşarkən məhv edilib” — deyə danışıb.
Hazırladi:İsgəndərova Zəhra
Gundelik.az