Gundelik.az Ölkə Rusiyaya narkotik satan şəxs 11 il axtarışdan sonra Azərbaycanda saxlanılıb
Ölkə Xəbərlər

Rusiyaya narkotik satan şəxs 11 il axtarışdan sonra Azərbaycanda saxlanılıb

Azərbaycanda Tacikistan vətəndaşı Emomov Tagaymurod saxlanılıb.

Gundelik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 11 ildir ki, beynəlxalq axtarışda olub.

İstintaqın məlumatına görə, Taqaymurod Rusiyaya kütləvi heroin tədarükçüsü olub. O, ölkəyə yüzlərlə kiloqram narkotikin gətirildiyi kuryer şəbəkəsini idarə edibmiş. Onun bir sıra şərikləri artıq Rusiyada mühakimə olunub və cəzalarını çəkdikdən sonra azadlığa buraxılıblar.

Saxlanılan şəxs Rusiyaya ekstradisiyasını gözləyir və burada onu xüsusilə böyük miqyasda narkotik alverinə görə cinayət cəzası gözləyir.

Gundelik.az 

Exit mobile version