Yazıçı Dmitri Bıkov (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) Rusiyanı tərk edərək ABŞ-yə gedib.
Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, cinayət işi materiallarına əsasən, onun dəqiq yeri hazırda məlum deyil. Sənədlərdə qeyd olunur ki, indiyədək görülən tədbirlərə baxmayaraq, təqsirləndirilən şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb.
Avqustun 8-də Çeryomuşkinski Rayon Məhkəməsi Bıkovu siyasi nifrət zəminində Rusiya ordusu barədə saxta məlumatlar yaymaqda ittiham edərək qiyabi həbs edib.
Daha sonra yazıçı beynəlxalq axtarışa verilib.
Gundelik.az
