Gundelik.az Dünya Rusiyada kriptovalyuta istehsalı qadağan olunacaq
Dünya Xəbərlər

Rusiyada kriptovalyuta istehsalı qadağan olunacaq

Rusiyanın energetika naziri Sergey Tsivilev həddindən artıq elektrik istehlakı səbəbindən ölkənin daha iki bölgəsində kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyini açıqlayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Moskvada hökumət rəsmiləri ilə görüşdə bildirib.

Sibirin cənub bölgələrində elektrik çatışmazlığın olduğuna diqqət çəkən Tsivilev, bu səbəbdən İrkutskda kriptovalyuta mədənçiliyinin qadağan edildiyini və əldə edilən göstəricilər nəticəsində sözügedən məhdudiyyətləri 2031-ci ilə qədər uzatmağa qərar verdiklərini ifadə edib.

“Qadağa Buryatiya və Trans-Baykal bölgələrində də tətbiq olunacaq”, – Tsivilev söyləyib.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin avqustunda kriptovalyuta mədənçiliyinin leqallaşdırılmasını təsdiqləyib. Bu çərçivədə Rusiya hökuməti tərəfindən müəyyən edilən şəxslər və şirkətlər, enerji istehlak limitlərini aşmamaq şərti ilə kriptovalyutaları çıxara bilər.

Gundelik.az

Exit mobile version